Dünyada smartfon satışları azalıb


Digərləri 12 Fev 2019 07:51:00 212 0

Dünyada smartfon satışları azalıb

"IDC" analitik şirkəti 2018-ci ili smartfonların satışı baxımından ən pis il adlandıraraq onların tədarük həcminin say ifadəsində ardıcıl beş rübdür azalmasını açıqlayıb. Şirkətin hesabatına görə, sonuncu rübdən sonra məlum olub ki, il ərzində ümumi tədarük həcmi 14 milyard ədəd təşkil edərək 2017-ci illə müqayisədə 4,1 faiz azalıb.

Son.az ICTnews-a istinadən bildirir ki, qeyd olunur ki, bu ilin birinci rübündə bazarda vəziyyətin mürəkkəb qalmasını nəzərə alaraq 2019-cu ildə tədarük həcminin azalmaqda davam edəcəyi ehtimal edilir.

Azalmaya səbəb kimi analitiklər tərəfindən növbəti telefonların alışı arasında müddətin artması, böyük bazarlarda məhsul bolluğu, siyasi-iqtisadi qeyri-müəyyənlik və istehlakçıların qiymətlərin durmadan bahalaşması ilə əlaqədar artan narazılığı göstərilir.

Məlumata görə, tənəzzül Hindistan, İndoneziya, Cənubi Koreya və Vyetnamın sürətlə inkişaf edən bazarları istisna olmaqla bütün dünyada müşahidə olunur.