Google yeni şifrləmə protokolu təqdim edib


Digərləri 12 Fev 2019 07:01:00 239 0

Google yeni şifrləmə protokolu təqdim edib

"Google" şirkəti ucuz smartfonlar üçün nəzərdə tutulan yeni "Adiantum" məlumat şifrləmə protokolunu təqdim edib.

Son.az ICTnews-a istinadən bildirir ki, şirkətin ideyası ondan ibarətdir ki, ucuz smartfonlar az məhsuldarlığa malik ucuz əməliyyat sistemlərinə əsaslanır və onlar üçün "AES" şifrləməsi çətinliklər yaradır.

Məlumata görə, "Adiantum" məhz belə smartfonlarda "AES" standartını əvəz edəcək. Bundan başqa, yeni protokol yüksək məhsuldarlıqlı prosessora malik olmayan digər istehlak qurğularında, məsələn, "ağıllı" saat, televizor və s. tətbiq oluna bilər.