Yaponiya Filippinin Mindanao adasına uzunmüddətli yardım vəd edib


Dünya 11 Fev 2019 23:47:00 212 0

Yaponiya Filippinin Mindanao adasına uzunmüddətli yardım vəd edib

Yaponiya Filippinin Mindanao adasında sülh prosesini dəstəkləmək üçün uzunmüddətli yardım göstərməyə hazır olduğunu bildirib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Filippində səfərdə olan Yaponiyanın xarici işlər naziri Taro Kono bu barədə həmkarı Teodoro Loksin ilə görüşü zamanı deyib. Görüş Filippinin cənubunda yerləşən Davao adasında keçirilib.

2014-cü ildə əldə edilən razılaşmaya əsasən, Mindanao adasında müsəlman muxtar hökumətinin yaradılması istiqamətində işlər davam etdirilir. Həmin razılaşma regionda yaşayan müsəlmanlar üçün muxtar hökumətin təşkilini nəzərdə tutur.