Qurudulmuş xurmanın faydaları


Digərləri 11 Fev 2019 23:39:00 258 0

Qurudulmuş xurmanın faydaları

Xurma qış meyvəsi hesab edilsə də, ilin hər fəslində yeyilir. Bundan ötrü də xurma qurudulur. Bəs xurma qurudulmuş halda öz faydalı xüsusiyyətlərini qoruyurmu?

Son.az AZƏRTAC-a istinadən mütəxəssislərin dəyərləndirməsi əsasında qurudulmuş xurmanın fayda və zərəri barədə material təqdim edir.

Hər 100 qram qurudulmuş xurmanın tərkibində 75 qram karbohidrat, 15 qram sellüloz və 2,5 qram zülal var. Həmçinin A vitamini, kalsium, dəmirlə zəngin olan qurudulmuş xurmanın kalorisi o qədər də çox deyil, cəmi 275-ə bərabərdir. Qurudulmuş xurmanın faydalı xüsusiyyətləri meyvənin hansı temperaturda hazırlanmasından birbaşa asılıdır. Məsələn, 100 dərəcədə C vitamini məhv olur, bu səbəbdən də temperatur çox qaldırılmamalıdır.

Qurudulmuş xurma immunitetin möhkəmlənməsi üçün faydalıdır. Bunun hesabına soyuqdəymə və qripdən qorunmaq, qoruyucu funksiyaları möhkəmlətmək mümkündür. Qurudulmuş xurma kollagenin əmələ gəlməsinə şərait yaradır ki, bu da insanın dərisinə fayda verir, ona tonus verməklə qocalma prosesini ləngidir.

Qurudulmuş xurma, həmçinin əməliyyatdan sonra da çox faydalıdır. Belə ki, sadəcə qurudulmuş xurmadan yeməklə və həkimin göstərişlərinə riayət etməklə daha tez sağalmaq olar. Həmçinin görmə qabiliyyətini, selikli qişanı bərpa etmək, xərçəngi aradan qaldırmaq və sümükləri möhkəmlətmək mümkündür.

Meyvənin tərkibindəki A vitamininin hesabına görmə qabiliyyəti yaxşılaşır, selikli qişa isə daha tez sağalır. Xurmanın bu keyfiyyəti onkoloji proseslərin inkişafına təsir göstərən sərbəst radikallarla mübarizədə də faydalıdır. A vitamini hüceyrələri və orqanizmi toksinlərdən təmizləyir.

Qurudulmuş xurma yaşlılar, uşaqlar və idmançılar üçün çox xeyirlidir. Onu tez-tez qəbul etmək məsləhətdir, çünki sümükləri möhkəmləndirir. Həmçinin osteoporozun inkişafının, sümüklərin kövrəkliyinin qarşısını alır.

Qurudulmuş xurmanın tərkibində çoxlu kalium vardır ki, bu da ürək-damar sistemi üçün faydalıdır. Ürək çatışmazlığı zamanı xurma tonusu və ürəyin fəaliyyətini dəstəkləyir. Həmçinin hipertoniyada, infarkt və ya insulta meyillilikdə yaxşı təsir göstərir. Tərkibindəki kalium isə xolesterinin səviyyəsini aşağı salır.