Son yetmiş ildə insanların ömrü 22 il uzanıb


Digərləri 11 Fev 2019 23:27:00 279 0

Son yetmiş ildə insanların ömrü 22 il uzanıb

Alimlərin tədqiqatına əsasən, 1950-ci ildən sonra uşaq ölümlərinin səviyyəsi 7 dəfə azalıb, insan ömrünün orta uzunluğu isə 20 ildən çox artıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "Lancet" jurnalı bu barədə səhiyyə sahəsində təşəbbüslərin insan həyatının uzadılmasına təsirini tədqiq edən "Global Burden of Disease" (GBD) monitorinq layihəsi çərçivəsində əldə olunan göstəricilərə istinadla məlumat yayıb.

GBD layihəsi BMT, səhhətin göstəricisini tədqiq edən Sietl institutu, Bill və Melinda Qeyts fondu tərəfindən mütəmadi aparılan ən miqyaslı monitorinq layihəsidir. Layihəyə dünyanın 195 ölkəsini, onların tibbi xidmətlərini və aparıcı elmi mərkəzlərini təmsil edən mütəxəssislər cəlb olunub. Onlar

son illərin statistikasından əlavə, səhiyyə sisteminin vəziyyətində və planetin demoqrafiyasında dəyişiklikləri əks etdirən daha uzunmüddətli trendləri də tədqiq edirlər. Bu qəbildən olan son tədqiqatlar seriyasında 1950-ci ildən 2017-ci ilə qədər insanların həyatlarının neçə dəyişməsi qiymətləndirilib.