Yaponiyada dövlətin əsasının qoyulduğu gün qeyd olunur


Dünya 11 Fev 2019 23:05:00 256 0

Yaponiyada dövlətin əsasının qoyulduğu gün qeyd olunur

Fevralın 11-də Yaponiyada milli bayram - dövlətin əsasının qoyulduğu gün qeyd olunur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "Milli bayramlar haqqında" Qanunda həmin günün devizi "Dövlətin əsasının qoyulduğu günü unutmayın, vətəni sevən ürək tərbiyə edin" kimi müəyyən edilib.

Hər il ənənəvi şəkildə qeyd edilən bu gün Yaponiyada ümummilli bayram və istirahət günü hesab edilir. Nara dövründən (710-794-cü illər) başlanan "Yaponiya tarixi" salnaməsinə görə, dövlətin əsasının qoyulduğu gün birinci İmperator Cimmunun taxta çıxdığı gün hesab edilir. Qriqorian təqviminə görə, həmin gün eramızdan əvvəl 660-cı il fevralın 1-i tarixinə düşür. İmperator Cimmunun mövcudluğu təsdiq edilmiş tarixi fakt olmasa da, bu hadisə həm Yaponiyanın özündə, həm də xaricdə hakimiyyətin İmperatorun əlində toplandığı qanuni hakimiyyətin formalaşdığını qeyd etmək üçün seçilib. Beləliklə, Yaponiyanın ilk İmperatorunun hakimiyyət illəri eramızdan əvvəl 660-585-ci illəri əhatə edir və bundan sonra ölkə hökmdarlarının uzun siyahısı başlanır.