Yaponiya hökuməti Çin gəmilərinin mübahisəli əraziyə girməsi ilə əlaqədar böhran qərargahı yaradıb


Dünya 11 Fev 2019 22:38:00 256 0

Yaponiya hökuməti Çin gəmilərinin mübahisəli əraziyə girməsi ilə əlaqədar böhran qərargahı yaradıb

Çin patrul gəmilərinin mübahisəli sulara girməsi ilə əlaqədar Yaponiya Baş nazirinin dəftərxanası yanında böhran qərargahı yaradılıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, fevralın 11-də səhər saatlarında Çinə məxsus dörd patrul gəmisi Yaponiya ərazi sularına yaxınlaşıb. Bundan sonra həmin gəmilərdən biri bu əraziyə daxil olub. Böhran qərargahı hazırda hadisə ilə əlaqədar operativ informasiyanın toplanması ilə məşğuldur.