Milli Məclisin iki komitəsinin səlahiyyətlərinə dəyişiklik edilir


Digərləri 11 Fev 2019 21:11:00 192 0

Milli Məclisin iki komitəsinin səlahiyyətlərinə dəyişiklik edilir

Milli Məclisin və iki komitənin səlahiyyətlərinə dəyişiklik edilir.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə məsələ "Milli Məclisin komitələri haqqında" qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, Milli Məclisin həll etdiyi məsələlərdən Auditor Palatasının yaradılması məsələsinin çıxarılması, həmçinin, İnsan hüquqları, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin baxdığı məsələlərdən Auditorlar Palatasının sədrinin və sədr müavininin vəzifədən azad edilməsi barədə məsələyə baxılmasının və bu barədə rəy verilməsinin çıxarılması nəzərdə tutulub.

Hesablama Palatasının fəaliyyəti barədə illik hesabat parlamentin müzakirəsinə təqdim edilməzdən əvvəl buna Milli Məclisin müvafiq komitəsində baxılmalı və rəy verilməlidir. Bu məsələ İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin baxdığı məsələlərə əlavə olunur.