Magistraturaya sənəd qəbulu bu gün başa çatır


Digərləri 11 Fev 2019 18:13:00 186 0

Magistraturaya sənəd qəbulu bu gün başa çatır

Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu günün sonunadək davam edəcək.

Bakı. 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu günün sonunadək davam edəcək. Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır.