İşdən çıxarılan general yenidən müşavir oldu


Digərləri 11 Fev 2019 16:37:00 225 0

İşdən çıxarılan general yenidən müşavir oldu

Vergilər nazirinin sabiq müşaviri, vergi generalı Habil Məmmədov yeni vəzifəyə təyinat alıb. 

Son.az unikal.org-a istinadən xəbər verir ki, H.Məmmədov Himayəçilik Şurasının qərarı ilə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib.

Xəbəri sayta Əmanətlərin Sığortalanması Fondundan təsdiqləyiblər.