Hindistan səfirliyi Quru Nanak Devə həsr olunmuş tədbir keçirib


Digərləri 11 Fev 2019 16:30:00 233 0

Hindistan səfirliyi Quru Nanak Devə həsr olunmuş tədbir keçirib

Hindistanın Bakıdakı səfirliyi mənəvi lider Quru Nanak Devin anadan olmasının 550 illiyinin qeyd olunması münasibətilə bir il davam edəcək tədbirlərin tərkib hissəsi olaraq 10 fevral, 2019-cu il tarixində tədbir təşkil etmişdir. Hindistan höküməti mənəvi lider Şri Quru Nanak Devin anadan olmasının 550 illiyinin təntənəli və uyğun bir şəkildə qeyd edilməsini qərara almışdır. Siqh cəmiyyətinin ilk mənəvi lideri olan Quru Nanak Dev sevgi, bərabərlik, yoldaşlıq və ləyaqətə əsaslanan siyasi, sosial və mənəvi etiqadları ilə tanınırdı. O, uzaq məsafələrə səyahət edərək əbədi həqiqətdən ibarət olan və öz yaratdıqlarında yaşayan 'tək Allah' in mesajını yaymışdır. Onun əsas müddəalarını Siqh əlifbası Gurmuxi ilə yazılmış, geniş ayələr toplusu olan Siqhlərin müqəddəs kitabı Quru Qrant Sahibdə tapmaq olar.

Tədbirdə Bakıdakı Hind cəmiyyəti, Siqh cəmiyyətindən nümayəndələr,  Azərbaycan Dillər Universitetinin tələbələri və digərləri iştirak etmişdir. Tədbirdə çıxış edənlər mənəvi lider Quru Nanakın həyatı, onun sevgi, bərabərlik və yoldaşlıq haqqındakı mülahizələri və həmin fikirlərin nifrət və terrorizmin zərər vurduğu bugünkü dünyaya uyğunluğundan söhbət açdı.

500 il bundan əvvəl regiona səfər edən Hindistanlı Siqh ziyarətçilər Bakıda yerləşən məşhur od məbədində (Atəşgah) qalırdı. Beşguşəli Atəşgah tikilisinin demək olar ki, hər bir qapısının girəcəyində 500 il bundan əvvəl regionu ziyarət etmiş Hindli və Siqh ziyarətçilər tərəfindən yazılmış Gurmuxi [müqəddəs Siqh kitabı Quru Qrant Sahibin yazıldığı dil] yazıları vardır.