5921 hektar torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınıb


Digərləri 11 Fev 2019 15:47:00 232 0

5921 hektar torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınıb

2018-ci ildə Azərbaycanda 256 ha torpaq sahəsinin qanunsuz olaraq mülkiyyətə, 5657 ha torpaq sahəsinin icarəyə, 8 ha torpaq sahəsinin istifadəyə verilməsi haqqında qərarlar Ədliyyə Nazirliyinin təklifləri və ya iddiaları əsasında bələdiyyələr və müvafiq məhkəmələr tərəfindən ləğv edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2018-ci il üzrə məruzə"də deyilir.

Məruzədə qeyd olunur ki, bütövlükdə ötən il ərzində 5921 ha torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınıb.