Azərbaycanda son bir ayda 519 qanunsuz miqrant saxlanılıb


Digərləri 11 Fev 2019 13:39:27 228 0

Azərbaycanda son bir ayda 519 qanunsuz miqrant saxlanılıb

2019-cu ilin yanvar ayı ərzində Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər zamanı 519 əcnəbi saxlanılıb.

Bakı. 2019-cu ilin yanvar ayı ərzində Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər zamanı 519 əcnəbi saxlanılıb. DMX-dən Trend-ə verilən məlumata görə, onlardan 6 nəfər Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə təşkil olunan tədbirlər zamanı müəyyən edilib.