BAFTA mərasiminə şahzadənin xanımı da qatıldı


Digərləri 11 Fev 2019 11:59:00 210 0

BAFTA mərasiminə şahzadənin xanımı da qatıldı

Londondakı "Royal Albert Hall"da Britaniya Kino və Televiziya Sənətləri Akademiyasının (The British Academy of Film and Television Arts, BAFTA) mükafatlarının 72-ci təqdimat mərasimi keçirilib.

Son.az Daily Mail-ə istinadən bildirir ki, "Ən yaxşı Britaniya filmi" nominasiyasında rejissor Yorqos Lantimosun "Favorit qadın" ekran işi qalib bilinib. "Netflix" servisinə məxsus filmdə çəkilmiş aktrisa Oliviya Kolman "Ən yaxşı qadın rolu" nominasiyasında qalib sayılıb.

Mərasimin qonaqları arasında Britaniya şahzadəsi Uilyamın xanımı, Kembric hersoginyası Keyt Middlton da vardı.