İsa Həbibbəyli: Akademiyada bəziləri işə gəlmir, soruşanda da deyir ki, kitabxanada idim


Digərləri 11 Fev 2019 11:12:52 180 0

İsa Həbibbəyli: Akademiyada bəziləri işə gəlmir, soruşanda da deyir ki, kitabxanada idim

İstəyirik ki, AMEA-da əmək intizamına əməl edilsin, çünki bundan sui-istifadə edilməsi halları var

Bakı. İlhamə İsabalayeva - İstəyirik ki, akademiyada əmək intizamına əməl edilsin, çünki bundan sui-istifadə edilməsi halları var. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli elmi işçilərin kitabxanalarda işləmək üçün müəyyən edilmiş “yaradıcılıq günləri”ndə də işə gəlməsi ilə bağlı qoyulan tələbə münasibət bildirərkən deyib. İ.Həbibbəyli hesab edir ki, elmi işçilərin həftənin bütün günlərində işə gəlməsini tələb etmək onların yaradıcılıq imkanlarının məhdudlaşdırılması demək deyil. Çünki AMEA-nın bütün institutlarında elmi işçilərin kitabxanalara getmədən, işlədiyi müəssisədə elmi fəaliyyətlə məşğul ola bilməsi üçün şərait yaradılıb.