Silahlılar Latakiya və Hələbdə yaşayış məntəqələrini atəşə tutublar


Dünya 11 Fev 2019 07:55:00 231 0

Silahlılar Latakiya və Hələbdə yaşayış məntəqələrini atəşə tutublar

Silahlılar sutka ərzində Suriyanın Latakiya və Hələb əyalətlərinin yaşayış məntəqələrini atəşə tutublar.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə brifinq zamanı Suriyada düşmən tərəflərin barışdırılması üzrə Mərkəzin rəhbəri general-leytenant Sergey Solomatin bildirib.

S.Solomatin deyib: "İdlib deeskalasiya zonasında sutka ərzində silahlılar Latakiya əyalətinin Kinsibba yaşayış məntəqəsini və Hələb əyalətinin Əl-Hədər yaşayış məntəqəsini atəşə tutublar".