Hər bir sürücünün mühərrik yağını yoxlama zamanı ETDİYİ SƏHVLƏR
Digərləri 10 Fev 2019 20:35:00 229 0
Adi mühərrik yağını yoxlayan zaman mühərrikə ziyan vurmaq olar.
Son.az ölkə.az-a istinadən bildirir ki, bu hərəkəti edən zaman buraxdığımız kobud səhvlər mühərrikə ciddi ziyan vurur. Bu gün oxuculara bu barədə məlumat verəcəyik.
Düzgün olmayan yer seçimi
Əgər siz həqiqətən də mühərrikdəki yağın vəziyyətini yoxlamaq istəyirsinizsə, bu iş üçün uyğun yer seçin. Bunun üçün hamar yerdə maşını saxlayın. Dikdə və çuxur olan yerdə saxlamayın. Maşın düz dayanmalıdır, əks halda nəticə düzgün sayılmayacaq.
Soyuq mühərrik
Bir çox hallarda bəzi sürücülər mühərrikdəki yağı səhər, soyuq mühərrikdə yoxlayırlar. Bu isə kobud səhvdir. Əslində maşının mühərriki "qızmalıdır" və bundan sonra mühərriki yoxlamaq olar. Təbii ki, istisna hallar da var. Əgər yağı yoxlayan şupda xüsusi "hot" (isti) və "cold" (soyuq) göstəriciləri varsa, soyuq mühərrikdə yoxlamaq problem olmaz.
Gözləmək