Sumqayıtda məcburi köçkünlərin evlərində yanğın olub


Digərləri 10 Fev 2019 18:54:00 192 0

Sumqayıtda məcburi köçkünlərin evlərində yanğın olub

Sumqayıtda məcburi köçkünlərin evlərində yanğın baş verib.

Son.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində ümumi sahəsi 600 m² olan birmərtəbəli, taxta konstruksiyalardan ibarət evlərin (əvvəllər məcburi köçkünlərin məskunlaşdığı, hazırda yaşayış olmayan) yanar konstruksiyaları 300 m² sahədə yanıb. Evlərin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.