İranda həyat


Digərləri 10 Fev 2019 16:12:00 309 0

İranda həyat

1979-cu ildə şahın devrilməsi ilə nəticələnən İran İslam İnqilabı, qadınların həyatı da daxil, ölkəyə böyük yeniliklər gətirdi.

1930-cu ildə baş örtüyünü qadağan edən şah hicabları güclə yığışdırmağı əmr etdi.

1980-ci ildə icbari baş örtüyünü nəzərdə tutan geyim qaydalarına dair yeni hökumətin qərarı açıqlandı.

Son.az bbc.com-a istinadən bildirir ki, şəkillər İranda ruhanilərin hakimiyyətə gəlməsindən əvvəl və ondan sonrakı dövrdə qadınların həyat tərzi və geyimlərini əks etdirir.

İnqilabdan əvvəl

1977-ci il: Tehran Universitetində təhsil

İnqilabdan əvvəl ali məktəbdə təhsil alan qadınların sayı az olmasa da, bu rəqəmin inqilab ardınca əhəmiyyətli şəkildə artması baş verdi.

Yeni hakimiyyət kənd bölgələrində yaşayan ailələri qızları evdən kənarda təhsil almağın faydasına inandıra bildi.

"Qadınların universitetə getməsinin qarşısını almağa cəhd etdilər, lakin bu, elə bir sərt reaksiya doğurdu ki, onlara yenidən təhsilə qayıtmağa izn vermək məcburiyyətində qaldılar", - 1960-cı illərdə İranda yaşayan və hazırda York Universitetinin professoru işləyən Baronessa Haleh Afshar deyir.

"Təhsilli insanlardan bəziləri İranı tərk etdi. Hakimiyyət anladı ki, ölkəni idarə etmək üçün onlar həm qadın, həm də kişilərə təhsil verməlidirlər".

1976-cı il. Tehranda "vitrin şoppinqi"

İnqilabdan əvvəl çox sayda qadın bədənə sıx oturan dar cins, qısa ətək və qolsuz bluzka kimi qərbsayağı paltar geyinərdi.

"Ayaqqabı dəyişmədi - ona həvəs hamımızda var! İranlı qadınlar dünyanın başqa yerlərində yaşayan qadınlardan fərqlənmir və alış-verişə getmək sadəcə olaraq gündəlik stressdən aralanmaq vasitəsidir", - professor Afshar deyir.

1976-cı il. Tehranda cümə günü pikniki

Ailə və dostlar İranda həftəsonu sayılan cümə günü bir araya gəlməyə çalışır.

"Piknik İran mədəniyyətinin mühüm hissəsidir və orta sinif təbəqəsi arasında çox yayılıb.

Bu ənənə İnqilabdan sonra da dəyişməz qalır.

Fərq budur ki, hazırda bir yerdə olan qadın və kişilər daha ehtiyatlı davranır, bir-birilə ünsiyyətdə daha çox təmkin göstərirlər", - professor Afshar deyir.

1977-ci il. Tehranda gözəllik salonu

"İranda belə bir mənzərəyə artıq rast gəlmək olmaz. Hərçənd, qadın gözəllik salonları İslam İnqilabından sonra da fəaliyyət göstərməkdə davam etdirir", - professor Afshar deyir.

"Hazırkı dövrdə qadın salonlarında kişi görmək mümkün deyil - qadınlar isə bayıra çıxan kimi başlarını örtür. Bəzi insanlar öz evlərində kişi və qadınların bir araya gələ biləcək gizli salonlar da açır".

1971-ci il. Mühafizəçilər şahı əhatəyə alır

İran monarxiyasının 2500-cü ildönümü münasibətilə keçirilən təntənəli mərasimdə bir qadın şah Məhəmməd Rza Pəhləviyə yaxınlaşır.

Bu, qeyri-adi hadisə şah rejiminə qarşı dindar və solçu qüvvələrin tənqidini doğurdu.

"Bu vaxtadək şahı artıq o qədər də, sevmirdilər və bəziləri hesab edirdi ki, 8 il sonra İnqilaba aparan hadisələrə, bu israf və ifratçılıq görüntülərinin təsiri də ola bilərdi", - professor Afshar izah edir.

1976-cı il. Tehranın qarlı küçəsində gəzinti

"Qadınların küçəyə çıxıb gəzməsini qadağan edə bilməzsən, lakin belə şeyi hazırda görmək mümkün deyil - onun sırğa və makiyajı açıq-aydın nəzərə çarpır", - professor Afshar deyir.

"İranda ədəb-ərkan anlayışı var - belə ki, bu gün küçədəki qadının üzərində dizə çatan uzun palto və baş örtüyünü görmək olar".

İnqilabdan sonra

1979-cü il. Qadınların hicab əleyhinə nümayişi

Hakimiyyət başına gələndən bir qədər sonra İranın Ali Dini Rəhbəri baş örtüyünü icbari edən fərmanını təsdiqlədi.

Ayətullah Xomeyninin qərarı etiraza səbəb oldu və 8 Mart Beynəlxalq Qadınlar Günündə fərmana qarşı çıxan minlərlə qadın nümayişə qatıldı.