Səfir Litzenberqer ABŞAzərbaycan Ticarət Palatasının qonağı olub FOTO


Digərləri 10 Fev 2019 08:52:00 248 0

Səfir Litzenberqer ABŞAzərbaycan Ticarət Palatasının qonağı olub  FOTO

ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Erl Litzenberqer Vaşinqton şəhərində fəaliyyət göstərən ABŞ-Azərbaycan Ticarət Palatasının qonağı olub. Tədbirdə Ticarət Palatasının üzv və tərəfdaş şirkətləri, eləcə də ABŞ Administrasiyasının, o cümlədən Dövlət Departamentinin və digər dövlət qurumlarının rəsmiləri, Vaşinqtonda akkreditə olunmuş diplomatik nümayəndəliklərin, biznes və analitik dairələrin nümayəndələri iştirak ediblər.

Son.az bildirir ki, tədbiri açan Palatanın icraçı direktoru Natiq Baxışov səfir Erl Litzenberqeri salamlayıb və onu yeni təyinatı münasibətilə bağlı təbrik edib.

Ticarət Palatasının Direktorlar Şurasının üzvü, "BP Amerika" şirkətinin beynəlxalq əlaqələr departamentinin rəhbəri Robert Şer BP-nin Azərbaycanla uzunmüddətli tərəfdaş olduğunu, Azərbaycanın ölkə rəhbərliyinin siyasəti nəticəsində uğurla inkişaf etdiyini və ABŞ-ın bundan sonra da Azərbaycanın inkişafına dəstək verməsinin əhəmiyyətini vurğulayıb. O, gələcəkdə də iki ölkə arasında ticarət münasibətlərinin inkişafına inandığını bildirib. R.Şer amerikalı səfiri yeni təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar diləyib.

Tədbirdə iştirak edən ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta ölkəmizdəki diplomatik fəaliyyəti barədə danışıb, Azərbaycanın ABŞ üçün regionda əsas strateji tərəfdaş olduğundan bəhs edib. O, Azərbaycanda səfir olduğu müddətdə ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsinə töhfə verdiyindən fəxr etdiyini bildirib.


Xəbərə aid fotolar