Zəlzələ Şamaxıda neçə ev və obyektə ziyan vurub?


Digərləri 09 Fev 2019 23:34:00 203 0

Zəlzələ Şamaxıda neçə ev və obyektə ziyan vurub?

Şamaxıda baş verən zəlzələ səbəbindən 41 evyaşayış üçün yararsız hesab edilib. Ümümilikdə bu günə kimi Şamaxı rayon icra hakimiyyətinə 1484 müraciət daxil olub. Bu gündən etibarən təhlükəli hesab edilən evlərin söküntüsünə başlanılıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Şamaxıda baş verən zəlzələdən sonrafəsadların aradan qaldırılması üçün tədbirlərə başlanılıb.Yaşayışa yararsız evlər sökülür,təmirə ehtiyacı olanlar isə təmir edilir.

Fövqəladə hallar nazirliyinin əməkdaşları ilə birgə, icra nümayəndələrindən ibarət komissiya müraciətlər əsasında işlərə başlayıb.