Fransada 50 mindən çox insan "sarı jiletlər"in aksiyalarında iştirak edib


Dünya 09 Fev 2019 23:26:00 200 0

Fransada 50 mindən çox insan "sarı jiletlər"in aksiyalarında iştirak edib

Şənbə günü Fransada "sarı jiletlər"in etiraz aksiyalarında 50 mindən çox insan iştirak edib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu ölkənin DİN-i bildirib.

Məlumata əsasən, bu gün 51,4 min insan Fransada etiraz aksiyalarına qatılıb, onlardan 4 mini Parisin payına düşür. Ötən həftənin şənbə günü etirazçıların sayı 58 min təşkil etmişdir.