Ağsuda zəlzələ baş verib, hiss olunub


Digərləri 09 Fev 2019 21:38:00 202 0

Ağsuda zəlzələ baş verib, hiss olunub

Pirqulu stansiyasından 8 km cənub-qərbdə Ağsu ərazisində zəlzələ qeydə alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yerli vaxtla saat 20:35-də baş vermiş yeraltı təkanların gücü 2,9 bal təşkil edib. Zəlzələ 3 bala qədər hiss olunub.

Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.