Blokçeyn vasitəsilə idxal edilən mükəmməl qəhvə


Digərləri 09 Fev 2019 20:55:00 233 0

Blokçeyn vasitəsilə idxal edilən mükəmməl qəhvə

Blokçeyn haqda kriptovalyutalar sayəsində daha çox eşitməyə başladıq. Məlumatların təhlüksəsiz ötürülməsini təmin edən bu texnologiya indi də qəhvə fermerləri və yoxsul icmalara yardım üçün istifadə edilir.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, İvon Herrera Qvatemalanın paytaxtından 40 kilometr uzaqda Santa Rosa de Lima təpəliklərində qəhvə yetişdirir. O öz məhsulundan çox razıdır.

"Biz gözəl qəhvə toplayacağıq. Biz bunun üçün çalışırdıq və bu il iki il çəkdiyimiz əziyyətin nəticəsini görürük" - deyə o, bildirir.

Dünyadakı bir çox qəhvə fermeri kimi, Herrera da məhsulunu beynəlxalq qəhvə fyuçers bazarında satırdı. Fyuçers bazarında alıcılar onlara daha sonrakı tarixdə çatdırılacaq qəhvəni öncədən müəyyən edilmiş qiymətlə almağa razılaşır. Bu, qiymətləri azaldır və valyuta məzənnələrinin dalğalanmasının yaratdığı risklərə açıq edir.

Lakin indi Herrera məhsulunu yüksək qiymətə Birləşmiş Ştatlarda müstəqil qəhvə emalçısına satır.