İspaniya apteklərindı saxta dərmanlara qarşı yeni sistem


Dünya 09 Fev 2019 20:31:00 197 0

İspaniya apteklərindı saxta dərmanlara qarşı yeni sistem

Kontrafakt dərmanların qanuni təchizat sırasına düşməsinin qarşısının alınması istiqamətində Avropa normaları əsasında təsdiq edilmiş İspaniyanın Dərman Vasitələrinə Nəzarət Sistemi (SEVeM) bu gündən İspaniyanın 22 min aptekində qüvvəyə minəcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yoxlama mexanizmi dərman vasitələri qablaşdırmasına iki qurğunun - konteyneri fərdi şəkildə yoxlayan unikal identifikator və ya ikiölçülü "Datamatrix" kodu və daxili qablaşdırmada manipulyasiyaya qarşı qurğunun qoşulmasından ibarətdir.

Bu qurğular aptekdə əczaçı tərəfindən verildiyi an yoxlanılmalı və autentifikasiya edilməlidir: hər konteynerin kodu skan ediləcək və milli anbara qoşulacaq, verilən dərmanın əczaçılıq zavodundakı dərman ilə eyni olmasını təsdiqləməkdən ötrü Avropa platforması ilə sinxronlaşdırılacaq.