Gömrükçülər siqaret qutusunda


Digərləri 09 Fev 2019 20:26:00 212 0

Gömrükçülər siqaret qutusunda

Gömrükçülər siqaret qutusunda narkotik vasitə aşkarlayıb.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Son.az-a bildirilib ki, Gürcüstan istiqamətindən Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunun idxal piyada keçidinə daxil olan Azərbaycan vətəndaşı saxlanılıb və gömrük baxışı keçirilib. Yoxlama zamanı vətəndaşa məxsus "Marlboro" markalı siqaretinin birinin filterinin çıxarıldığı və yerinə kağız bükülü qoyulduğu, digər siqaretində eyni qaydada olduğu və yarıya qədər çəkildiyi diqqət çəkib. Baxış zamanı 2 ədəd siqaretin içərisində təqribi çəkisi 2 qram olan narkotik vasitə - marixuana aşkarlanıb.