Hindistanda saxta likördən


Dünya 09 Fev 2019 20:29:00 386 0

Hindistanda saxta likördən

Hindistanın şimalında yerləşən kəndlərdə tərkibində toksik metanol olan saxta likördən 72 nəfərin öldüyü bildirilir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ölənlərin 64-ü Uttar Pradeş ştatında yerləşən Balpur və Uttaraxand kəndlərinin sakinləridir. Daha 22 nəfər ağır vəziyyətdə xəstəxanalara aparılıb.

İnsidentlə bağlı cinayət işi açılıb, saxta içkilərin hazırlanması və satışında şübhəli bilinən 30 nəfər isə həbs olunub. Müsadirə olunan yüzlərlə litr likör analiz götürülməsi üçün laboratoriyaya göndərilib. Saxlanılan şübhəlilərin arasında 10 polis nəfərinin də olduğu bildirilir. Onlara qarşı rüşvət müqabilində saxta içki alverinə şərait yaradılması ittihamı irəli sürülüb.