Ağcabədidə məktəb kitabxanası yanıb


Digərləri 09 Fev 2019 20:11:00 197 0

Ağcabədidə məktəb kitabxanası yanıb

Ağcabədi rayonunda tam orta məktəbdə kitabxananın yanar konstruksiyaları, taxta arakəsmə divarı 15 m² sahədə və 1 otağın qapısı yanıb.

Son.az Trend-ə istinadən bildirir ki, otağın qalan hissəsi və bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.