Bakıda avtobus piyadanı vurub öldürdü


Digərləri 09 Fev 2019 20:12:00 207 0

Bakıda avtobus piyadanı vurub öldürdü

Bakıda "İveco" markalı xətt avtobusu ilə Şamaxı rayon sakini vurulub.

Son.az Trend-ə istinadən bildirir ki, fevralın 8-də saat 8 radələrində Nəsimi rayonunun S.Vurğun küçəsində Bakı şəhər sakini Elxan Məmmədov idarə etdiyi "İveco" markalı xətt avtobusu ilə yolu keçən Şamaxı rayon sakini Mehriban Hüseynovanı vurub.

Xəstəxanaya yerləşdirilmiş qadın orada ölüb.

Nəsimi RPİ tərəfindən araşdırma aparılır.