Parisdə etirazçılar banklara və kafelərə hücum edir


Dünya 09 Fev 2019 19:11:00 292 0

Parisdə etirazçılar banklara və kafelərə hücum edir

Parisdə "sarı jiletlər"in keçirdiyi etiraz aksiyası banklara, kafelərə və restoranlara hücumlarla müşaiyət olunur.

Son.az Trend-ə istinadən bildirir ki, Yelisey çöllərindən ölkə Senatına gedən yolun ortasında etirazçılar bank filiallarına hücum edib. Böyük sığorta şirkətlərindən birinin ofisi isə tamamilə dağıdılıb. Bundan başqa bir çox şirkətin ofisləri və nümayəndəlikləri də zərər çəkib.