“Qırmızı kitab”a düşmüş quşları ovlayan şəxs saxlanılıb


Digərləri 09 Fev 2019 17:51:55 173 0

“Qırmızı kitab”a düşmüş quşları ovlayan şəxs saxlanılıb

Polis əməkdaşalrı tərəfindən qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirilir.

Bakı. Polis əməkdaşalrı tərəfindən qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirilir. DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən fevralın 8-də qanunsuz ov etdiyi üçün Saatlı rayon sakini Ş.Əsgərov saxlanılıb.