Nazir: Yeni açılan avtomobil zavoduna 8 milyon manat sərmayə yatırılacaq


Digərləri 09 Fev 2019 14:17:13 219 0

Nazir: Yeni açılan avtomobil zavoduna 8 milyon manat sərmayə yatırılacaq

Hacıqabul Sənaye Məhəlləsində bu gün təməli qoyulan avtomobil zavoduna 8 milyon manat sərmayə yatırılacaq.

Hacıqabul. Ceyhun Ələkbərov - Hacıqabul Sənaye Məhəlləsində bu gün təməli qoyulan avtomobil zavoduna 8 milyon manat sərmayə yatırılacaq. Trend-in məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Hacıqabul Sənaye Məhəlləsində Azərbaycanın “Azərmaş” ASC-nin Rusiyanın “QAZ Qrup” (Qorki Avtomobil Zavodu) ASC ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməlqoyma mərasimində jurnalistlərə bildirib. Ş.Mustafayev deyib ki, zavod Rusiya texnologiyalarına əsaslanacaq və növbəti ilin sonuna qədər təhvil verilməsi nəzərdə tutulur: "Bir il ərzində müxtəlif təyinatlı 1000 ədəd avtomobil istehsal ediləcək. İstehsal olunmuş avtomobillərin yarısı Azərbaycanın daxili bazarında satılacaq, qalan hissəsi isə üçüncü ölkələrə ixrac olunacaq. Zavodun açılması sənaye sahəsində çox gözəl nümunədir və Rusiya-Azərbaycan iqtisadi əlaqələrinin genişlənməsinə töhfə verir”.