ABŞ admiralı Rusiyaya “hücuma keçməyə” çağırdı


Dünya 09 Fev 2019 12:21:00 184 0

ABŞ admiralı Rusiyaya “hücuma keçməyə” çağırdı

ABŞ Hərbi Dəniz Qüvvələrinin hərbi-dəniz əməliyyatlarının komandanı, admiral Con Riçardson Amerika hakimiyyətini Rusiyaya "hücuma keçməyə" çağırıb.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə "Business İnsider" yazır.

Məlumata görə, admiral bu barədə Atlantik Şurasında çıxışı zamanı deyib. NATO-nun keçmiş baş katibi Aleksandr Verşbou Riçardsondan Rusiyanın əsas dəniz yollarını ələ keçirməsinə qarşı ABŞ-ın nə edə biləcəyi haqda soruşub. "Biz birinci zərbə endirməliyik", - Riçardson bildirib.