"Yaxşı edirəm belə geyinirəm"


Digərləri 09 Fev 2019 12:26:00 297 0

"Yaxşı edirəm belə geyinirəm"

Axı nə vardı geyimimdə?! Adi kombinezondur...

Braziliyanın Santa-Katarina ştatının parlamentinin iclasına dərin dekolteli geyimdə gələrək böyük qalmaqala, sosial şəbəkələrdə müzakirələrə səbəb olan və məşhurlaşan 44 yaşlı Ana Paula da Silva yaşananların səbəbini anlamadığını deyib.

Son.az El Mundo-ya istinadən bildirir ki, senator Braziliya hökumətinin binasındakı andiçmə mərasimə yollandığı geyimi ilə furor yaratmışdı.

Andiçmə mərasiminə qırmızı rəngli, çox dərin dekolteli kombinezonda qatılmış yeni senator ilk əvvəl jaketdə idi. Tribunaya and içməyə yollananda o, jaketini çıxarmışdı.