Zəlzələdə evi dağılanlar üçün mənzil kirayələndi


Digərləri 09 Fev 2019 12:10:00 198 0

Zəlzələdə evi dağılanlar üçün mənzil kirayələndi

Şamaxıda zəzlələ səbəbindən yararsız hala düşən evlərin sayı 41-ə çatıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, fevralın 5-i gecə saatlarında baş verən zəlzələdən sonra rayon icra hakimiyyətinə bu günə qədər 1484 müraciət daxil olub. FHN-in əməkdaşları ilə birgə icra nümayəndələrindən ibarət komisiya müraciət edilən 1484 evdən bu günə kimi 375-nə baxış keçirib. 

Məlum olub ki, 41 ev yaşamaq üçün tamamilə yarasızdır. Eyni zamanda, 135 evin bərpasına, 42 evin təmirinə ehtiyac var. 87 ev qənaətbəxş hesab edilib.