Bakıda marketin qarşısında 5055 yaşlı kişinin meyiti tapıldı


Digərləri 09 Fev 2019 11:59:00 230 0

Bakıda marketin qarşısında 5055 yaşlı kişinin meyiti tapıldı

Bakıda küçədən meyit tapılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib.

Fevralın 9-da gecə saatlarında Binəqədi rayonu, Biləcəri qəsəbəsində "Army Market"in qarşısında təxminən 50-55 yaşlı naməlum kişi meyiti tapılıb. Meyitin üzərinə baxış keçirilərkən zorakılıq və xəsarət izləri aşkarlanmayıb.

Polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə və meyitə baxış keçirib, məhkəmə-tibbi ekspertizası təyin edilib.

Hazırda meyitin şəxsiyyəti və ölüm səbəbləri araşdırılır.