Tramp Ağ Evdə Kurtsu qəbul edəcək


Dünya 09 Fev 2019 09:15:00 153 0

Tramp Ağ Evdə Kurtsu qəbul edəcək

ABŞ prezidenti Donald Tramp fevralın 20-si Ağ Evdə Avstriya Respublikasının Federal Kansleri Sebastian Kurtsu qəbul edəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə S.Kurts öz "Twitter" səhifəsində yazıb.

S.Kurts bildirib: "Mən fevralın 20-də Donald Tramp ilə Ağ Evdə keçiriləcək işgüzar danışıqlara görə şadam. ABŞ böyük dövlətdir və bizim ikinci ən vacib ticarət tərəfdaşımızdır. Ona görə də biz ABŞ ilə maksimum dərəcədə yaxşı və sıx münasibətlərdə həmişə çox maraqlıyıq".