Milyonlarla çinli nəqliyyat növlərinə bilet ala bilmir


Digərləri 09 Fev 2019 08:41:00 232 0

Milyonlarla çinli nəqliyyat növlərinə bilet ala bilmir

Son 1 il ərzində Çin hökuməti milyonlarla çinlinin sürətli qatarlara və təyyarələrə bilet alışını qadağan edib. Həmin insanlar ödəmədikləri borclara, vergilərə və cərimələrə görə qara siyahıya düşüblər. Maraqlısı ondadır ki, həmin insanlardan yalnız 1500-ə yaxın çinli öz adını qara siyahıdan çıxarmağı bacarıb. Bu barədə Hightech.plus saytı xəbər verib. 2018-ci ildə Çinin 5.4 milyon sakini sürətli qatar, 17 milyon sakini isə təyyarə biletləri ala bilməyib. 13.000 insan da həmçinin maliyyə məhdudlaşdırılması ilə qarşılaşıb. Çin hökuməti 2014-cü ildən bəri sosial etibarlılıq reytinqini test edir. Lakin onu müəyyən mərhələlər ilə işə salır. Bu sistemin irimiqyaslı işə salınmasına isə 2020-ci ildə start veriləcək.

Son.az technote.az-a istinadən bildirir ki, hökumət öz maliyyə öhdəliklərini pozmuş şəxslərə nəzarət edir. Lakin dələduzluq, cərimə və vergi ödənişlərindən boyun qaçırmaq halları insanların xallarını əllərindən almır. Sakinlərə müəyyən xalların verilməsi sistemi hələki yoxdur və onun gələcəkdə olub-olmayacağı da bilinmir. Buna görə də maliyyə öhdəliklərini pozmuş sakinlər birbaşa qara siyahıya daxil olurlar. İnsanlar həmin qara siyahıya təkcə vergilərdən boyun qaçırtmaqla düşmürlər. Həmin qara siyahıya həmçinin ictimai nəqliyyat vasitələrində pis davranışa, ölkəyə qadağan olunmuş məhsulların gətirilməsi, saxta sənədlərdən istifadə etmək və s. kimi səbəblərə görə də düşmək olar. Bu qara siyahı barədə xəbərdarlıqlar hətta bəzi qatarlarda canlı yayım vasitəsilə insanlara çatdırılır.

Çinin hökumət qəzeti olan Global Times-ın verdiyi məlumata əsasən qanunları pozmuş insanlar ölkənin bir çox yerlərində quraşdırılmış insan üzünün təyin edilməsi sistemləri vasitəilə izlənilir. Hökumətin insanları hansı kriteriyalara görə qara və qırmızı siyahıya təyin etdiyini heç kim bilmir. Məlumata əsasən məlumatlar ölkənin 44 idarəsindən yığılır. Lakin həmin idarələrin sayı getdikcə artmaqdadır. Çinin inkişafı və reformları üzrə dövlət komitəsinin verdiyi məlumata əsasən 2018-ci ilin dekabr ayına kimi 30 milyard məlumat yığılıb.