Mövsümi allergik rinitdə əlamətlər adətən bitkilərin çiçəklənmə dövründə təzahür edir


Digərləri 08 Fev 2019 23:57:00 245 0

Mövsümi allergik rinitdə əlamətlər adətən bitkilərin çiçəklənmə dövründə təzahür edir

Allergiya ətraf mühitin allergen adlandırılan bəzi amillərinə qarşı orqanizmin qeyri-adi cavab reaksiyasıdır. O, asqırma, zökəm, boğazda göynəmə və gözlərin yaşarması ilə özünü büruzə verir. Allergik xəstəliklərin bir növü olan allergik rinitə müxtəlif kimyəvi maddələrin istifadəsinin artdığı, havanın isə çirkləndiyi inkişaf etmiş sənaye ölkələrində daha çox rast gəlinir. Rinitin simptomları o dərəcədə qıcıqlandırıcı və yorucu ola bilir ki, işdə və ya dərsdə diqqəti toplamaq çətinləşir. Buna görə də xəstədə həyat keyfiyyəti düşür.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının lor cərrahiyyə şöbəsinin müdiri Murad Şıxəliyev məlumat verib.