Tramp Obama tərəfindən qadağan olunmuş "sürətli kreditlər" verilməsini bərpa edir


Dünya 08 Fev 2019 23:27:00 210 0

Tramp Obama tərəfindən qadağan olunmuş "sürətli kreditlər" verilməsini bərpa edir

Tramp administrasiyası "sürətli kreditlər" və ya "məvacibə qədər vəsait" verilməsi ilə bağlı məhdudiyyətləri ləğv etmək niyyətindədir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Obama administrasiyası belə kreditlərin verilməsini qadağan etmişdi, çünki onlar nəticə etibarilə borcalanları öz əmlakından məhrum edirdi. Obama hesab edirdi ki, banklar həyatda ağır vəziyyətə düşmüş imkansız müştərilərə bu cür kreditlər verməklə onların hesabına varlanırdı. Adətən belə hallarda banklar müştərinin likvid əmlakını, o cümlədən avtomobilini və digər qiymətli əşyalarını girov götürməklə öz mənafelərini sığortalayırdılar. Belə kredit almış müştərilərin çoxu sonradan mənzillərini itirirlər.

Obama dövründə müəyyən edilmiş qaydalara əsasən, borc verən kreditorlardan tələb edilirdi ki, borcalanın yaxın gələcəkdə krediti ödəyə biləcəyini aydınlaşdırsınlar. Borcalanın tədiyə qabiliyyətli olması təsdiq edilmədikdə bankın ona "sürətli kredit" verməyə haqqı yox idi.