Hər gün əncirli süd içməyin İNANILMAZ TƏSİRİ MİNİLLİK MÖCÜZƏ


Digərləri 08 Fev 2019 23:05:00 221 0

Hər gün əncirli süd içməyin İNANILMAZ TƏSİRİ  MİNİLLİK MÖCÜZƏ

Heç kimə südün və əncirin insan sağlamlığına olan müsbət təsiri sirr deyil. İngiltərə kral ailəsinin ən sevimli qidalarından biri olan əncir minillərdir ki xalq təbabətində də geniş istifadə edilir.

Son.az xəbər verir ki, bu iki möcüzəvi qida birlikdə istifadə edildikdə daha böyük fayda verir. Kalsium baxımından zəngin olan süd və təbii antioksidant olan əncir birlikdə bir çox xəstəliyin öhdəsindən gəlir.

Xüsusilə böyümə çağındakı uşaqların içməsi gərəkli olan süd sümüklərin sürətli və sağlam inkişafına töhfə verir. Tərkibindəki vitamin və minerallar sayəsində ömrün geridə qalan çağlarında meydana gələ biləcək sümüklərin əriməsi riskini aşağı salır. Əncir isə antioksidant maddə və liflə zəngindir. Bu qida eyni zamanda, həzm sisteminə nəzarət edə bilir. Qəbzlik kimi böyük problemin öhdəsindən gələn əncir 5 ədəd olmaqla istifadə edildiyində bədənin ehtiyacı olan enerjinin 80%-ni qarşılayır.

Əncirli süd

Daim həzm problemi yaşayan insanlar qəbzlik və şişkinlikdən şikayət edər. Lakin yeməkdən sonra bu problemlə qarşılaşmaq istəmirsinizsə, bu məsləhətə əməl edin.

Qaynayan 3 fincan südün içinə 6 ədəd quru əncir atıb 10 dəqiqə bişirin. Daha sonra blenderdən keçirib yeməklərdən öncə və sonra istifadə edin.