Meşə sahəsinə görə Avropa liderləri


Dünya 08 Fev 2019 21:08:00 336 0

Meşə sahəsinə görə Avropa liderləri

İspaniya 18 milyon hektar meşə sahəsinə malikdir. Bu da onu meşə sahəsinə görə İsveçdən sonra Avropada ikinci ölkə edir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, İspaniyada təqribən 7,5 milyard ağac var. Onların arasında palıd və Hələb şamı üstünlük təşkil edir. Mantar ağacları da geniş yayılıb.

Ekspertlər bildirirlər ki, hazırda İspaniya meşələrinin 80 faizi şəxsi mülkiyyətdədir. Bu, xüsusilə Qalisiya, nisbətən az dərəcədə Kastiliya və Leon əyalətlərinə aiddir.