Yeni Zelandiya və Avstraliya təbii fəlakətlərə qərq olub


Dünya 08 Fev 2019 19:54:00 250 0

Yeni Zelandiya və Avstraliya təbii fəlakətlərə qərq olub

Fevralın 5-dən etibarən Yeni Zelandiyanın Cənub adasında gücü meşə yanğını tüğyan edir.

Son.az oxu.az-a istinadən xəbər verir ki, vəziyyət qismən nəzarətə götürülsə də, bütün yanğın ocaqlarını söndürmək mümkün olmayıb. Alovun iki min hektara yaxın sahəni əhatə etdiyi bildirilir. Yüzdən çox ailə təxliyyə olunub. Bir neçə binanın tamamilə yandığı xəbər verilir.

Alovla mübarizəyə 12 yanğınsöndürmə komandası, 10 helikopter və iki yanğınsöndürmə aviasiyası cəlb olunub.

Bu arada, Avstraliyanın şimal-şərq sahillərində güclü daşqınlar müşahidə olunur. Taunsvil şəhərində bir həftə ərzində bir illik yağıntı norması düşüb. Azı iki nəfər daşqın qurbanı olub. Çıxılmaz vəziyyətdə qalan insanların təxliyyə olunması üçün fəlakət bölgəsinə hərbçilər göndərilib.

İnsanların müstəqil şəkildə təxliyyə olunmasına icazə verilməyib, belə ki, daşqın sularında zəhərli su ilanları və timsahların üzdüyü bildirilir. Sığorta şirkətləri daşqın fəsadlarının 45 milyon Avstraliya dollarına yaxın ziyan vurduğunu hesablayıb.

Videonu izləmək üçün şəklə klikləyin: