Bakıda arvadını öldürməyə cəhd edən kişinin məhkəməsi başladı


Digərləri 08 Fev 2019 19:19:00 207 0

Bakıda arvadını öldürməyə cəhd edən kişinin məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Ceyhun Bəşirovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və məhkəmənin baxış iclası fevralın 18-nə təyin edilib.

İttihama görə, C.Bəşirov münaqişə zəminində həyat yoldaşı Səidə Bəşirovanı bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.