Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyası 2019cu il üçün iri tədbirlər planı hazırlayıb


Digərləri 08 Fev 2019 13:17:00 393 0

Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyası 2019cu il üçün iri tədbirlər planı hazırlayıb

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası 2019-cu il üçün iri tədbirlər planı hazırlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Konfederasiyanın rəhbəri Məmməd Musayev deyib.

Onun sözlərinə görə, təşkilatın əsas məqsədi dövlət və özəl sektorun tərəfdaşlığının genişləndirilməsidir:

"Tədbirlər planına regionlarda İqtisadiyyat Nazirliyi ilə birgə iş, eləcə də Kiçik və Orta Biznes obyektlərinin dəstəklənməsi üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə birgə iş daxil edilib. Məlum olduğu kimi, bizdə Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə Əməkdaşlıq Şurası fəaliyyət göstərir. Bizim planlarımıza şuranın fəallığının artırılması, o cümlədən beynəlxalq əməkdaşlığın genişləndirilməsi daxildir".