McDonald`sın kokteylindən diri siçan çıxdı? FOTO


Dünya 08 Fev 2019 13:08:00 309 0

McDonald`sın kokteylindən diri siçan çıxdı?  FOTO

McDonald's-da kokteylinin içərisindən diri siçan çıxdığını iddia edən müştəri şirkətdən 100 min dollar təzminat tələb edir.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, 43 yaşlı alıcı Kenneth Moyer Jr-ın iddiasına görə fastfud şirkətindən aldığı içkinin içərisindən diri siçan çıxıb.

ABŞ-ın Ohayo ştatında inşaat mühəndisi işləyən kişi bildirir ki, içkidən bir az içdikdən sonra qəribə dad hiss edib. O, karton qabın qapağını açdıqda canlı siçan görüb.


Xəbərə aid fotolar