Kirayə pulunu verə bilməyən ana 10 yaşlı oğluyla birlikdə intihar etdi VİDEO FOTO


Dünya 08 Fev 2019 12:32:00 273 0

Kirayə pulunu verə bilməyən ana 10 yaşlı oğluyla birlikdə intihar etdi  VİDEO  FOTO

Ana 10 yaşlı uşağı ilə birlikdə intihar edib.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, 10 yaşlı uşağını qucağına alan qadın onunla birlikdə körpüdən tullanaraq canlarına qəsd edib.

Onların hər ikisi hadisə yerindəcə keçinib.

Hadisə Kolumbiyanın Tolima vilayətində baş verib. Xilasetmə dəstəsi 32 yaşlı Essy Paola Moreno Cruzu intihar fikrindən daşındırmaq istəsələr də, La Variante Bridge körpüsünə çıxan qadın oğlu ilə birlikdə 100 metr hündürlükdən özünü atıb.


Xəbərə aid fotolar