Azərbaycan Universitetində “Nəsimi ili” ilə bağlı tədbirlər planı hazırlanıb


Digərləri 08 Fev 2019 12:34:00 362 0

Azərbaycan Universitetində “Nəsimi ili” ilə bağlı tədbirlər planı hazırlanıb

Prezident İlham Əliyev böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu ili ölkəmizdə “Nəsimi ili” elan edib.

Bakı. Prezident İlham Əliyev böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu ili ölkəmizdə “Nəsimi ili” elan edib. Bu əlamətdar hadisə ilə bağlı Azərbaycan Universitetində bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır. Universitetdən Trend-ə verilən məlumata görə, tədbirlər planına əsasən Universitetin elmi jurnalı “İpək yolu” və korporativ informasiya jurnalı “Çağlayan”da Nəsiminin ədəbi irsi ilə bağlı publisistik yazılar və aparılan tədqiqatların nəticələri dərc olunacaq. O cümlədən “İpək yolu” jurnalının birinci nömrəsi böyük şairin yaradıcılığına həsr olunacaq.