Rejissor Ridli Skott “Türk Hava Yolları” üçün reklam çəkib (FOTO)


Digərləri 08 Fev 2019 12:03:30 324 0

Rejissor Ridli Skott “Türk Hava Yolları” üçün reklam çəkib (FOTO)

Məşhur britaniyalı rejissor və prodüser Ridli Skott Şərq və Qərbin görüşdüyü məkanda – İstanbulda “Türk Hava Yolları” aviaşirkəti üçün qısametrajlı film çəkib.

Bakı. Məşhur britaniyalı rejissor və prodüser Ridli Skott Şərq və Qərbin görüşdüyü məkanda – İstanbulda “Türk Hava Yolları” aviaşirkəti üçün qısametrajlı film çəkib. “Səyahət” adlanan və əsas hadisələri İstanbulun yeni aeroportiunda cərəyan edən filmin 30-saniyəlik treyleri ilk dəfə olaraq geniş kütləyə ABŞ-ın Milli Futbol Liqasının final matçı (“Super Bowl”) çərçivəsində nümayiş olunub, 6-dəqiqəlik tam reklam çarxı isə “Türk Hava Yolları”nın “YouTube” kanalında yerləşdirilib. Bu, Avropa və Asiya qitələrini əhatə edən və 85 il ərzində aviaşirkətin qovşağı olan İstanbul şəhərinin diqqətəlayiq yerlərini əks etdirən bir hekayədir. “Türk Hava Yolları” Superkubokun teleyayımı zamanı reklamını yerləşdirmiş ilk Türkiyə şirkəti kimi 2016-cı ildən tamaşaçıları özünün iulhamlandırıcı orijinal reklamları ilə sevindirir. Şirkət baş rolda Ben Afflekin iştirakı ilə “Betmen Supermenə qarşı: ədalətin şəfəqi” filminin sponsoru qismində çıxış edib. 2017-ci ildə dünyaca məşhur aktyor Morqan Frimanın iştirakı ilə “Dünyaya geniş baxın” reklam çarxı çəkilib, 2018-ci ildə isə aviadaşıyıcı məşhur kardiocərrah və teleaparıcı Mehmet Ozun iştirakı ilə yeni videoçarxı təqdim edib ki, burada dünyanın möcüzələri insanın 5 əsas hissi vasitəsilə tədqiq edilib. “Türk Hava Yolları”nın İdarə Heyətinin və İcraiyyə Komitəsinin sədri İlker Aycı bildirib: "Superkuboka köklənən tamaşaçılar Ridli Skottun olduqca maraqlı filmində İstanbul mənzərələrini görəndə çox təəccübləndilər. Dünyanın hər yerindən olan səyyahları bizim səyahətimizə qoşulmağa və yeni evimiz olan İstanbul Yeni Hava Limanında türk qonaqpərvərliyi təcrübəsini yaşamağa dəvət edirik”.