Dünyanın ən zəngin adamı intim fotolarla şantaj edilir FOTO


Dünya 08 Fev 2019 10:25:00 249 0

Dünyanın ən zəngin adamı intim fotolarla şantaj edilir  FOTO

Dünyanın ən zəngin adamı - "Amazon" şirkətinin sahibi Ceff Bezos "National Enquirer" "sarı" nəşrinin rəhbərinin onu açıq-saçıq fotoşəkillərini dərc etməklə şantaj etdiyini açıqlayıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Bezosun sözlərinə görə, Devid Pekerin vəkilləri onunla əlaqə yaradaraq, redaksiyaya qarşı şikayətini geri götürməyəcəyi təqdirdə telefon ismarıclarını (SMS) və intim fotoşəkillərini yayacaqları ilə hədə-qorxu gəliblər.

Yanvar ayının əvvəlində Bezosun 25 illik həyat yoldaşı Makkenzidən ayrılması xəbəri yayılıb. Cütlüyün boşandıqlarını ictimai şəkildə elan etməsindən 48 saat əvvəl adıçəkilən nəşrin onun barəsində jurnalist araşdırmasına başladığını və keçmiş teleaparıcı, 49 yaşlı Loren Sançezlə gizli eşq macərası yaşadığını öyrəndiyini Bezosa bildirib.


Xəbərə aid foto